Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib

Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri,  AMEA -nın müxbir üzvü, professor Vaqif Quliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində məqaləsi çap olunub. Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Analysis and Mathematical Physics” (https://link.springer.com/journal/13324) 1.792 yüksək impakt faktorlu Q1 kateqoriyalı  jurnalda dərc edilib. “Bircins tipli fəzalarda olan Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında kəsr […]

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 4 institutunun illik fəaliyyəti müzakirə olunub

Dekabrın 11-də AMEA-nın Fizika İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağı keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, bölmənin akademik-katibi, akademik Nazim Məmmədov, büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti əməkdaşlar iştirak ediblər. İclası akademik Nazim Məmmədov açaraq gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirib ki, bugünkü iclasda bölmənin Fizika, Radiasiya Problemləri və Biofizika institutlarının, […]

AMEA və TÜBİTAK birgə müsabiqə elan edir

Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün layihə müsabiqəsi elan edilir. Müsabiqə 11 dekabr 2019 cu il tarixindən 6 mart 2020-ci il tarixinə qədər qüvvədədir. Layihə təklifləri Türkiyə və Azərbaycandan olan tərəfdaş […]

ELAN

13.12.2019-cu il saat 14:00-da “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cisim mexanikasının müasir problemləri” adlı seminarı keçiriləcəkdir. Seminarda aparıcı elmi işçi Minəvər Vaqif qızı Mir-Səlim-zadə “Deşikli və çatları olan stringerli lövhənin gərginlik vəziyyətinin minimuma endirilməsi” mövzusunda məruzə edəcəkdir. Məruzədə sərhədsiz izotrop stringerli iki düzxətli çatla zəiflədilmiş lövhənin, deşiyin konturunda gərginlik vəziyyətinin minimuma endirilməsi məsələsinə baxılacaqdır. […]

Azərbaycanlı alimlərin məqaləsi Cənubi Koreyada çapdan çıxıb

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun və Türkiyənin Yıldız Texniki Universitetinin professoru, AMEA-nın müxbir üzvü Surxay Əkbərovun həmmüəllifi olduğu məqalə Cənubi Koreyanın nüfuzlu “Structural Engineering and Mechanics” impakt faktorlu jurnalında nəşr olunub. “Oxasimmetrik boyuna dalğaların qeyri-bircins ilkin gərginlikli “içiboş silindir-ətraf mühit” sistemində dispersiyası” adlı məqalənin nəşr olunduğu jurnal Struktur Mühəndislik və Mexanika Beynəlxalq […]

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Dekabrın 10-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq gündəlikdəki məsələləri təqdim edib, iclasda bir sıra elmi-təşkilatı məsələlərə dair müzakirələrin aparılacağını diqqətə çatdırıb. Sonra çıxış edən AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov Rəyasət Heyəti aparatının strukturu və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin təkmilləşdirilməsi məqsədilə AMEA prezidentinin 21 […]

Faydalı linklər