07/11/2024
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin noyabr ayında növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Bişkekdə Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib” başlıqlı informasiya yer alıb. Bugünkü sayda ilk səhifələrdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Zəfər Günü münasibətilə Akademiya əməkdaşlarına təbrik məktubu, Zəfər Gününə həsr olunan tədbirə dair yazı, eləcə də “Yaşıl dünya naminə həmrəylik – COP29-un […]
07/11/2024
Noyabrın 6-da Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsi Zəfər gününə həsr edilmiş tədbir keçirdib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda baş tutan tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədri Araz Paşayev, şəhid, qazi ailələri,institutların Həmkarlar Təşkilatının sədrləri iştirak edib. […]
06/11/2024
07.11.2024-cü il saat 11:00-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Hamlet Quliyev “Dalğa tənliyi üçün qarışıq şərtli sərhəd məsələsinin optimal idarəetmə məsələsinə gətirilməsi və onun tədqiqi” mövzusunda məruzə edəcəkdir. Məruzədə baxılan məsələnin optimal idarəetmə məsələsinə gətirilməsi, funksionalın infinimumunun sıfıra bərabər olması və funksionalın diferensiallanan olması göstərilərək optimallıq […]
06/11/2024
06 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi. Seminarda professor Aqil Xanməmmədov “Modifikasiya olunmuş həyəcanlanmış Bessel tənliyi üçün çevirmə operatorları” mövzusunda məruzə etdi. Məruzədə bütün həqiqi oxda modifikasiya olunmuş həyəcanlanmış Bessel tənliyinə baxıldı. Çevirmə operatorunun köməyi ilə Yost tipli həllərin inteqral göstərilişləri tapılmışdır. Çevirmə […]
06/11/2024
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirildi. Öncə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, eləcə də Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açan Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, […]
05/11/2024
ABŞ-ın Berkli Universitetinin alimləri atmosferdən karbon qazını (CO2) rekord səviyyədə uda bilən toz hazırlayıblar. Hazırda atmosferdən karbon qazının çox miqdarda yığılması prosesi olduqca baha başa gəlir. Bununla belə, prosesin effektivliyi də sual altındadır. Qeyd edək ki, CO2 qazı atmosferdə parnik effektinin əsas katalizatorudur. Qlobal istiləşmə və iqlim dəyişmələrinin əsas səbəblərindən biri də budur. Tədqiqatçıların 30 […]