Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Dünyanın ilk əriməyə davamlı nüvə reaktoru hazırlanıb

Fövqəladə vəziyyətdə özünü passiv şəkildə soyutmaq üçün nəzərdə tutulmuş əriməyə davamlı nüvə reaktorunun ilk tam miqyaslı tətbiqi uğurlu olmuşdur. Artıq atom elektrik stansiyalarındakı əsas risk aradan qaldırılmış oldu.Nüvə parçalanması zamanı böyük miqdarda istilik ayrılır ki, bu da elektrik enerjisi istehsalında faydalıdır, lakin eyni zamanda da reaksiya üçün risk yaradır. Buna görə də nüvə reaktorlarında reaksiyadan […]

İnsanlar yadplanetli sivilizasiyaları düzgün şəkildə axtarmır

Alimlər qalaktikamızda ola biləcək yüksək inkişaf səviyyəli yadplanetli sivilizasiyaların axtarışları üçün müxtəlif üsullardan istifadə edirlər. Həmin üsullardan biri kosmosda təkmilləşdirilmiş texnologiyaların axtarışı ilə bağlıdır. Belə ki, məşhur ideyalardan birinə əsasən digər ulduzların ətraflarında Dayson sferasını və ya digər planetləri əhatə edəcək çoxlu sayda günəş panellərini axtarmaq lazımdır. Lakin aparılmış yeni araşdırmaya əsasən bu axtarış üsulu heç də […]

Türkiyə-Azərbaycan Universiteti tələbə qəbulu elan edir

Türkiyə-Azərbaycan Universiteti 2024-2025-ci tədris ili üçün kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tələbə qəbulu elan edir. Abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak edərək qeyd olunan ixtisasları seçə bilərlər. Tədris ingilis dilində və Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetində həyata keçirilən təhsil proqramlarına uyğun aparılacaq. Türkiyə-Azərbaycan Universitetində tədris […]

Süni intellekt – insan beyninə texnoloji rəqib

Süni intellekt ifadəsi ilk dəfə 1956-cı ildə Con Makkarti tərəfindən istifadə olunub. O, bu ifadəni işlədərkən süni intellekti “maşınları intellektual etmək elmi və mühəndisliyi” adlandırıb. Süni intellektin müxtəlif növləri ilə bağlı yanaşma Miçiqan Dövlət Universitetinin İnteqrativ Biologiya və Kompüter Elmləri və Mühəndisliyi üzrə dosent Arend Hintzeyə məxsusdur. O, süni intellektin 4 növünü fərqləndirir: reaktiv maşınlar […]

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə “Scopus AI” istifadəyə verilib

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə süni intellekt əsaslı elmi məlumat axtarış sistemi – “Scopus AI” istifadəyə verilib. “Scopus AI” akademik heyət, tədqiqatçı və tələbələrə istənilən mövzuda axtarış aparmağa, elmi fakt, məqalələrə əsaslanan xülasələr əldə etməyə imkan verir. Bu xidmət sayəsində istifadəçilər minlərlə məqalədə mövcud olan məlumatların ümumiləşdirilmiş təsvirini bir anda əldə […]

Sakit okeanın dibində oksigen istehsal edən minerallar aşkar edilib

Şotlandiya, ABŞ və digər ölkələrdən olan beynəlxalq tədqiqatçılar qrupu okeanın dibindəki metal mineralların oksigen istehsal edə biləcəyini aşkar ediblər. Kəşf Yerin hidrosferini yalnız fotosintetik orqanizmlərin (yosunlar və fitoplankton) oksigenlə zənginləşdirdiyi ideyasına qarşıdır. Bu barədə araşdırma “Nature Geoscience” (NatGeo) elmi jurnalında dərc olunub. Mütəxəssislərin fikrincə, oksigeni polimetal düyünlər – dəniz dibindəki təbii mineral yataqları istehsal edir. […]