Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“SpaceX” orbitə daha 23 internet peyki çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan növbəti 23 “Starlink” peykini orbitə çıxarıb. “Respublika” xəbər verir ki, daşıyıcı raket şənbə günü ABŞ-ın Şərq sahilləri vaxtı ilə saat 01:45-də Florida ştatının Kanaveral burnundakı Kennedi adına Kosmik Mərkəzdən start götürüb. Onun artıq 17-ci dəfədir istifadə olunan birinci pilləsi Atlantik okeandakı […]

Tədqiqatçılar üçün 2024-cü ilin ən yaxşı tətbiqləri – ARAŞDIRMA

Yeni texnologiyaların təkamülü demək olar ki, bütün sahələrdə, o cümlədən araşdırma sahəsində rəqəmsal transformasiyaya səbəb olub. Zamanla texnologiyanın inkişafı alimlərin tədqiqat aparma, tədqiqatlarını sənədləşdirmə və əməkdaşlıq etmə tərzini də dəyişib. Rəqəmsal transformasiya sürətləndikcə tədqiqatçılar artıq iş prosesini sadələşdirməyə və məlumat mübadiləsini asanlaşdırmağa yönəlmiş çoxsaylı proqramlara daxil ola bilərlər. Bu proqramlar alimlərin, həmçinin gənc tədqiqatçıların tədqiqat […]

Astronomlar Kaliforniyada Marsın tədqiqi məsələlərini müzakirə edirlər

Dünyanın hər yerindən olan astronomlar bu həftə Kaliforniyada Marsın elmi vəziyyətini qiymətləndirmək və Qırmızı planetin tədqiqində növbəti addımların hədəflərini müzakirə etmək üçün toplaşıblar. Marsın tədqiqi üzrə 10-cu Beynəlxalq Konfransda alimlər aşağıdakı mühüm məsələlər ətrafında fikir mübadiləsi aparırlar. Birinci məsələ Mars üzrə Beynəlxalq Elm Donanmasının yaradılmasıdır. Hazırda Qırmızı planetdə doqquz kosmik gəmi işləyir, onlardan ikisi yerüstü […]

Süni intellektin inkişafı bəşəriyyətə nə vəd edir?

Dünyada müxtəlif süni intellekt vasitələrinin istifadəsi ilə bağlı müzakirələr səngimir. Bəşəriyyət bu vasitələrin faydalı tərəfini və onlardan istifadə etməyin hansı risklərə səbəb olduğunu öyrənmək məqsədilə müzakirələri davam etdirir. Süni intellekt (A.İ. Artifical İntelligence) haqqında məlumat Alan Tyurinqin 1950-ci ildə yazdığı “Hesablama maşınları və intellekt” (“Can machines think”) adlı məqaləsindən sonra yayılmağa başladı. 6 ildən sonra […]

Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının tərkibi təsdiq edilib – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Müşahidə Şurasının sədri təsdiq edilib. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, elm və təhsil nazirinin müavini İdris […]

Milli mətbuatımızın yaranmasından 149 il ötür

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 149 il ötür. 1875-ci ilin iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına […]