Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Süni zəka öz məqsədi uğrunda insanları aldatmaq bacarığına yiyələnib

Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri belə bir nəticəyə gəliblər ki, faydalı işlərin yerinə yetirilməsi məqsədilə yaradılmış bəzi süni zəka sistemləri insanları aldatmaq bacarığına yiyələniblər. Mütəxəssislər təyin ediblər ki, süni zəka özünə lazım olan məqsədlərə çatmaq üçün müxtəlif üsullardan istifadə edə bilər. Aparılmış tədqiqatın nəticələrinə əsasən Meta şirkəti tərəfindən yaradılmış Ciceron adlı süni zəka sistemi ilk əvvəl […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi

15 may 2024-cü il tarixində  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarda institutun “Maye və qaz mexanikası” şöbəsinin baş elmi işçisi, t.e.n. Eldar Mehdi oğlu Abbasov “Neftqazçıxarma proseslərində heterogen mayelərinin tətbiqinin reokinetik əsaslarının işlənməsi mövzusunda məruzə ilə çıxış edib. Məruzədə, heterogen sistemlərin axınlarında və laydaxili qaz əmələgəlmələrdə […]

Maqsudova Tamella xanımı 60 illik yubileyi münasibətilə təbrik edirik!

Maqsudova Tamella İbad qızı 15 may 1964-cü ildə Göyçay rayonunda anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Mexanika – Riyaziyyat fakültəsini Riyaziyyat ixtisası üzrə bitirib. Maqsudova Tamella 1987-ci ildən RMİ-nun XKB-də,2001-ci ildən Hesablama riyaziyyat və informatika şöbəsində mühəndis-proqramçı vəzifəsində işləyib. Hal-hazırda İctimaiyyətlə əlaqələr şöbəsində mühəndis-proqramçı vəzifəsində işini davam etdirir. Tamella xanım Azərbaycan […]

Alimlər kosmosda həyat üçün vacib olan əsas molekulları kəşf ediblər

Manoada yerləşən Havay Universitetində bir qrup alim kainatdakı həyatın ilk formalarını başa düşməkdə əhəmiyyətli irəliləyişlərə nail olublar və nəticədə Yer üzündə həyatın inkişafına səbəb ola biləcək əsas molekulları kəşf ediblər. Kimya Departamentinin tədqiqatçıları həyatın mənşəyi haqqında fikirlər irəli sürərək kosmosda mühüm molekulların necə əmələ gələ biləcəyini kəşf ediblər. Tədqiqatın əsas məqsədi azot daşıyan aromatik molekullardır. […]

Elm və təhsil naziri Türkiyəyə səfər edib

Elm və təhsil naziri Emin Əmrullayev Baş nazir Əli Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Türkiyə Respublikasının Ankara şəhərinə səfər edib. Mayın 8-də Emin Əmrullayev Ankara şəhərində keçirilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasında iştirak edib. Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın həmsədrliyi ilə […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm”qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı icmal təqdim edilib. Nəşrdə AMEA-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futbol çempionatının açılış mərasimi, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” […]

Faydalı linklər