06/01/2025
Yanvarın 5-i Riyaziyyat və Mexanika İnstitutunun “Optimal idarəetmə” şöbəsinin baş elmi işçisi, fizika riyaziyyat elmləri doktoru, professor Telman Məlikovun 75 yaşı tamam olur. Məlikov Telman Qulu oğlu, diferensial tənliklər, optimal idarəetmə və variasiya hesabı sahəsində tanınmış mütəxəssis, 1950-ci il yanvarın 5-də Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Şamaxı rayonu Leninabad kənd (indiki Qobustan rayonu Təklə […]
05/01/2025
09.01.2025-ci il saat 11:00-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Variasiyahesabında kafi şərtlər” mövzusunda məruzə edəcəkdir. Məruzədə variasiya hesabında kafi şərtlərin alınması üçün bəzi teoremlərin isbatı şərh olunacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
29/12/2024
Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. […]
28/12/2024
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin 2024-cü ilin dekabr ayında sonuncu sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin müəllifi olduğu “Yeni tarixi dövrün qüdrətli yaradıcısı” adlı məqalə yer alıb. Bugünkü sayda, akademik İsa Həbibbəylinin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Akademiya əməkdaşlarına təbriki, AMEA-nın müxbir […]
28/12/2024
Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanası 2025-ci ilin Ay və Günəş tutulmaları təqvimini təqdim edir. Tutulmalar zamanı Ay, Yer və Günəş fəzada demək olar ki, bir düz xətt boyunca yerləşirlər. Lakin Ayın orbit müstəvisi ekliptika müstəvisi ilə cəmi 509′-lik bucaq əmələ gətirir. Bu fərqə görə biz hər ay deyil, Ay və Günəşin müəyyən konfiqurasiyasında […]
27/12/2024
Dekabrın 25-də Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) ilk iclası keçirilib. İclasın açılışında çıxış edən Şura sədri, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Şuranın fəaliyyətinin normativ-hüquqi bazası, onun əsas vəzifələri, hüquqları, fəaliyyət istiqamətləri və digər məsələlər barədə məlumat verib. İclasda Şura üzvləri tərəfindən gündəlikdə duran məsələlər barədə geniş fikir mübadiləsi […]