Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Tədqiqatçılar, subnanometr çiplərinin istehsalı üçün yeni metod inkişaf etdiriblər!

Cənubi Koreyalı tədqiqatçılar, subnanometr yarımkeçirici məntiq sxemlərinin istehsalı üçün yeni bir metod inkişaf etdiriblər. Bu metodla, 1D materiallar böyüdülərək tranzistorun qapılarında istifadə edilib. Elektrik və Elektronika Mühəndisləri İnstitutu (IEEE), yarımkeçirici istehsal texnologiyasının 2037-ci ilə qədər 12 nm tranzistor uzunluğu ilə təxminən 0.5 nm-ə çatacağını proqnozlaşdırsa da, IBS tədqiqatçıları, 1D MTB (mirror twin boundary) qapısının 3.9 […]

“Riyaziyyat və mexanikanın müasir problemləri” adlı XI beynəlxalq Konfransı öz işini yekunlaşdırıb

6 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiy Texnologiyaları İnstitutu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şamaxı Astrofizika Rəsədxanası, Qazaxıstan Respublikası Riyaziyyat və Riyazi Modelləşdirmə İnstitutu, Özbəkistan Respublikası V.İ. Romanovski adına Riyaziyyat İnstitutu, Türkiyə Cümhuriyyəti İstanbul Texniki Universitetinin dəstəyi ilə XIII əsrdə yaşamış dahi […]

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinə müdir təyin olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın müvafiq əmri ilə Mübariz Qafarşah oğlu Hacıbəyov Agentliyin Elmi müəssisələrlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub. M.Hacıbəyov Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 2005-ci ildə riyaziyyat üzrə fəlsəfə doktoru, 2018-ci ildə isə riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. Qeyd edək ki, M.Hacıbəyov […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin iyul ayında ilk sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev Qazaxıstanın Astana şəhərinə səfər edib” başlıqlı icmal təqdim edilib. Bügünkü sayda ilk səhifələrdə Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndər Heydər Əliyev haqqında kitablarının təqdimatı, “Mahmud Kaşğari “Divanü lüğat-it-türk” – 950” və “Süni intellekt fəlsəfəsində Azərbaycan-Türkiyə araşdırmalarının perspektivləri” mövzularında beynəlxalq […]

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur

Qarabağ Universitetində Tədris məsələləri üzrə prorektor və Elm və İnnovasiya məsələləri üzrə prorektor vəzifələri üzrə vakansiyalar elan edilib. Tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “prorektor” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Vakansiyalar üzrə son müraciət tarixi 8 iyul 2024-cü ildir. Namizədlər ətraflı məlumatla elanlar vasitəsilə tanış ola bilərlər. Tədris məsələləri üzrə prorektor: https://t.ly/TF6WJ Elm və İnnovasiya […]

“Riyaziyyat və mexanikanın müasir problemləri” adlı XI beynəlxalq konfrans işə başlayıb

AR Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə dahi Azərbaycan alimi və mütəfəkkiri Nəsirəddin Tusiyə həsr olunmuş “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı XI beynəlxalq konfrans öz işinə başlayıb. Tədbiri giriş sözü ilə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov açaraq Nəsirəddin Tusi yaradıcılığına nəzər salıb, böyük mütəfəkkirin həyatı və elmi fəaliyyəti […]