Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

27 dekabr 2023-cü il tarixində saat 10:00-da AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitutu seminarı keçiriləcək. Ümuminstitut seminarda institutun “Riyazi analiz” şöbəsinin baş elmi işçisi riyaziyyat elmləri doktoru Mübariz Hacıbəyov “Potensial tip inteqralların kəsilməzlik və hamarlıq xassələri” mövzusu ilə çıxış edəcək. Məruzə ümumiləşmiş Riss potensiallarının və loqarifmik potensialların funksiya kimi  kəsilməzlik […]

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən […]

Bill Gates süni zəka ilə bağlı yeni proqnozlarını açıqlayıb

Bill Gates yaxın illərdə süni zəkanın təsiri ilə bağlı proqnozlarını açıqlayıb. Onun fikrincə süni zəka texnologiyası iş yerlərini, səhiyyə və təhsil sahələrini tamamilə dəyişəcək. Gates-in fikrincə ABŞ kimi yüksək əmək haqqı səviyyəsinə sahib ölkələr yaxın 1.5-2 il ərzində aktiv şəkildə süni zəka texnologiyasının inteqrasiyasına başlayacaqlar. İş yerlərində süni zəka texnologiyaları bir növ ikinci pilot qismində çıxış edəcəklər. Belə […]

Xəyalları gerçəyə çevirən qalib sərkərdə – Prezident İlham Əliyev

Yeni əsrdə Azərbaycanın yeni lideri olan İlham Əliyev Prezident seçiləndə 42 yaşı vardı. İyirmi il əvvəl – 2003-cü ildə xalqımız düzgün seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. Bu gün ölkəmizə Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş, Azərbaycanın dövlət müstəqilliyinin […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

22 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən  ED 1.04 dissertasiya şurasının növbəti iclası (əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda Riyaziyyat və Mexanika İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertantı, r.ü.f.d. […]

AMEA Rəyasət Heyətinin “Heydər Əliyev İli”nin yekunlarına həsr olunan genişləndirilmiş iclası keçirilib

Dekabrın 21-də AMEA Rəyasət Heyətinin “Heydər Əliyev İli”nin yekunlarına həsr olunan “Əbədiyyətin əbədi ünvanı” mövzusunda genişləndirilmiş iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AR Milli Məclisinin deputatları, AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisə və təşkilatlarının direktorları, YAP ərazi partiya təşkilatının nümayəndələri və gənc alimləri iştirak ediblər. İclasdan öncə “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın […]