Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin oktyabr ayında ilk sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev Kazanda XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirak edib” başlıqlı icmal təqdim edilib. Bugünkü sayda ilk səhifələrdə “AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi hazırlanacaq” başlıqlı Rəyasət Heyətinin iclasına dair yazı, “Yaşıl dünya […]

ELAN

“Diferensial tənliklər” şöbəsinin professoru, görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru Nadir Süleymanov bu gün axşam saatlarında vəfat etmişdir. Allah rəhmət eləsin! Nadir müəllim Azərbaycan riyaziyyatçıları arasında böyük nüfuz sahibi idi. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin  30 oktyabr  2009-cu il tarixli sərəncamı  ilə “Əməkdar müəllim” fəxri adı verilmişdir. Fizika–riyaziyyat elmləri doktoru, professor, əməkdar müəllim Nadir […]

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı başlayıb 

Oktyabrın 24-də Elm və Təhsil Nazirliyinin və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib. Bakı Ekspo Mərkəzində təşkil edilən festivalın açılış mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, COP29 nümayəndələri, ali təhsil və elmi müəssisələrin rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Mərasimdə […]

Yaxın zamanlarda Google-a daxil olmaq üçün üz skanı tələb olunacaq!

Google, Android 15-ə gələcək “Şəxsiyyət Yoxlanışı” funksiyası üzərində işləyir. Bu funksiya, təyin etdiyiniz təhlükəsiz yerlərdən kənarda tətbiqlərə giriş üçün biometrik yoxlama tələb edəcək.Dünyaca məşhur texnologiya nəhəngi, xüsusilə telefon oğrularına qarşı istifadəçilərini qorumaq üçün inkişaf etdirdiyi bu yeni sistemi ilk dəfə Google Chrome brauzerində sınaqdan keçirəcək. Sistem, oğruların PIN kodunuzu görsələr belə, həssas məlumatlarınıza girişini əngəlləyəcək […]

ELAN

Hörmətli həmkarlar! 07-13 noyabr 2024-cü il tarixlərində Nabranda yerləşən Təhsil İstirahət Evində ( 1 həftəlik 1 nəfər üçün nəzərdə tutulan) istirahət təşkil edilir. Bir nəfər üçün ödəniş haqqı 200 AZN təşkil edir. Arzu edənlər Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin sədri dosent İradə Mirzəzadəyə müraciət etsin. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]

ELAN

25 oktyabr 2024-cü il tarixində saat 10-00-da Mehriban Ömərovanın “Orliç-Morri tipli fəzalarda inteqral operatorlarının tədqiqi və xüsusi törəməli diferensial tənliklərə tətbiqi” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinə gələn rəyin müzakirəsi keçiriləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.