Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elmi seminarın növbəti iclası keçirildi

18 oktyabr 2023-cü il saat 11:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04  dissertasiya şurasının nəzdindəki 1202.01- Analiz və funksional analiz ixtisasında elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclasında professor Hidayət Hüseynovun sədrliyi ilə Səbinə Rahib qızı Sadıqovanın “Xətti topoloji fəzalarda sistemlərin freymlilik xassələri haqqında” mövzusunda […]

Riyaziyyat və Mexanika İnstitutun “Funksional analiz” şöbəsi hesabat verib

Oktyabrn 25-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika  İnstitutunun Elmi Şurasınında “Funksional analiz” şöbəsinin hesabatı dinlənildi. İnstitutunun elmi işlər üzrə direktor müavini, riyaziyyat elmləri doktoru, Ədalət Axundovun rəhbərliyi ilə keçirilən iclasda “Funksional analiz” şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Həmidulla Aslanov  cari ildə şöbə tərəfindən apardıqları tədqiqatlar və əldə olunmuş əsas elmi […]

Mikroplastik hissəciklər hətta buludlarda aşkar edilib

Yapon alimlər Fuci və Oyama dağlarının zirvələrindəki dumandan əldə edilmiş suyun tərkibində 9 növ süni polimer aşkar ediblər. Mikroplastikin buludların formalaşmalarına necə təsir göstərdiyi barəsində tam dəqiq cavab olmasa da bir fakt dəqiq şəkildə məlumdur ki, hidrofil polimerlər (suyu özünə çəkən və onunla yaxşı qarşılıqlı əlaqədə olan materiallar) sıx buludların formalaşma prosesini sürətləndirirlər. Alimlər dumandan su toplamaq üçün Fuci və Oyama dağlarının zirvələrinə qalxıblar. Daha […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi

18 oktyabr 2023-cü il tarixində AR ETN Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Seminarda “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi Əliyev Bəhram Əli oğlu “İkinci tərtib elliptik diferensial-operator tənlik üçün bəzi sərhəd məsələləri haqqında” mövzusunda məruzə edib. Məruzədə ikinci tərtib elliptik diferensial-operator tənlik üçün sərhəd şərtlərindən birinə xətti operator (məhdud, qeyri-məhdud) və  ya  […]

18 Oktyabr Müstəqilliyin Bərpası Günüdür

XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi.  Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən artıq 32 il ötür. Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir. Həmin gün Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının […]

Riyaziyyat və Mexanika İnstitutun «Riyazi analiz» şöbəsi hesabat verib

Oktyabrn 24-də Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika  İnstitutunun Elmi Şurasında «Riyazi analiz»  şöbəsinin hesabatı dinlənildi. İnstitutunun elmi işlər üzrə direktor müavini, riyaziyyat elmləri doktoru, Ədalət Axundovun rəhbərliyi ilə keçirilən iclasda «Riyazi analiz» şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, prof. Vaqif Quliyev cari ildə şöbə tərəfindən apardıqları tədqiqatlar və əldə olunmuş əsas elmi nəticələr üzrə […]