Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elmi müəssisələrin ictimaiyyətlə əlaqələr üzrə nümayəndələri ilə görüş keçirilib

Fevralın 28-də keçirilən görüşdə Elm və Təhsil Nazirliyinin (ETN), Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və ETN-in tabeliyində olan elmi müəssisələrin nümayəndələri iştirak edib. Görüşdə elmin populyarlaşdırılması, bu sahədə elmi müəssisələrin, alimlərin və media nümayəndələrinin qarşısında duran vəzifələr, elmi müəssisələrin fəaliyyətinin ictimaiyyətə çatdırılması istiqamətində görüləcək işlər müzakirə olunub. Həmçinin keyfiyyətli məzmun yaradılmasının önəmi, media […]

Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının hesabat-seçki yığıncağı keçirilib

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının 2017-2024-cü illəri əhatə edən hesabat-seçki yığıncağı keçirilib. İclasda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədr müavini Mirzə Cəfərzadə, Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri hüquq elmləri doktoru, professor Habil Qurbanov, institutun baş direktor AMEA-nın müxbir üzvü, professor Misir Mərdaov və  institut […]

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu ED 1.04 Dissertasiya şurasının nəzdindəki 1211.01-Diferensial tənliklər ixtisasında elmi seminarın növbəti iclası keçirildi

27 fevral 2024-cü il tarixində  Arəstə Şarıza qızı Həbibovanın “Parabolik və hiperbolik tip tənliklər üçün bəzi tərs məsələlərin korrektliyinin tədqiqi” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi üzrə Elmi seminarın növbəti iclası keçirilmişdir. İclası seminarın rəhbəri AMEA-nın həqiqi üzvü, professor Yusif Məmmədov açaraq sözü iddiaçı Arəstə Şarıza qızı Həbibovaya vermişdir. İddiaçı dissertasiya mövzusunun […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi

28 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarında RMİ-nun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi, f.-r.e.n., dosent Niyazi Ələddin oğlu İlyasov “Lp(T) fəzalarında periodik funksiyaların approksimasiya nəzəriyyəsinin bəzi bərabərsizliklərinin eynigüclülüyü haqqında” mövzusunda məruzə etdi. Məruzədə bir əsas qiymətləndirmədən istifadə edərək 2-periodik funksiyaların […]

Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə qaldıran alim İbrahim İbrahimov

İbrahimov İbrahim İbiş oğlu 1912-ci il fevralın 28-də Füzuli rayonunun Qarğaba­zar kəndində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. 1939-cu ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1947-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru alimlik dərəcəsini almış, 1959-cu ildə AEA-nın müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir. Azərbaycan Dövlət Universitetində dosent (1939-1947), 1946-cı ildən ömrünün sonunadək […]

Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunur. Su çərşənbəsi

Su çərşənbəsi qədim zamanlardan bəri Novruz bayramının gəlişini bilidirən gün olaraq qeyd olunardı. Keçmiş dövrdə bu çərşənbənin icra olunma xüsusiyyətlərində fərqliliklər var idi. Bu gün isə bu xüsusiyyətlər bir az dəyişib. Su olan zaman həyat, təbiət oyanır. Bu mənada, insanlar yazın gəlişini bu çərşənbə ilə əlaqələndiriblər. Su çərşənbəsi ilə bağlı keçmiş zamanda bir çox adət-ənənələr […]

Faydalı linklər