07/02/2024
Fevralın 7-də səhər saat 8:00-da ölkəmizin bütün suveren ərazisində Azərbaycan Respublikası Prezidentinin seçkiləri başlayıb. Prezident postu uğrunda 7 namizəd mübarizə aparır. Səsvermə 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində keçirilir. Bu məntəqələrdən 6319-u daimi, 218-i isə Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Xəzər dənizində və dünya sularında […]
06/02/2024
Elmi tədqiqatçılar üçün “Web of Science” (WoS) elmmetrik istinad və xülasə bazasından effektiv istifadəyə dair silsilə vebinarlar keçiriləcək. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Vebinarlar “Web of Science”da tədqiqatçının şəxsi kabinet və profili”, “Web of Science” Grants Index – daha məqsədyönlü qrant təklifləri necə hazırlamalı”, “EndNote” tətbiqi ilə elmi tədqiqatda […]
05/02/2024
Günəşli 08.02-2024 (150AZN), Günəşli 20.02.2024 (250 AZN), Şıx 13.02.2024, 28.02.2024 (250 AZN) sanatoriyalarına yollayış istəyirsinizsə zəhmət olmasa Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin sədri, dosent İradə Mirzəzadəyə müraciət edin. Sifariş edənlər həmin yollayışları götürülməsi mütləqdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
05/02/2024
Çin dünyanın ilk süni intellektli kommersiya peykini orbitə çıxarıb. Peyk “Smart Dragon-3” (SD-3) daşıyıcı raketi vasitəsilə Çinin cənubundakı Quanqdonq əyalətinin Yantszyan şəhəri yaxınlığında sudan buraxılıb. Aparat orbitdə “Synaesthesia Fusion AI” alqoritmi ilə işləyəcək. Bundan əlavə, peyk “gələcək nəsil rabitə şəbəkələri üçün uzaqdan inteqrasiya edilmiş platforma” imkanlarına malikdir. aqreqator.az
05/02/2024
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı dərc edilib. Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib” başlıqlı xəbər və 2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı yer alıb. Bu sayda AMEA-nın Rəyasət Heyətinin iclası və AMEA-nın prezidenti […]
04/02/2024
Fevralın 4-də dünyaşöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin mərhum professoru Lütfi Zadənin anadan olmasının 103 ili tamam olur. Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir. Eynşteyn və Nyutonla bir sıraya qoyulan alim elmə mühüm töhfələr verib. 1921-ci il fevralın 4-də Bakının Novxanı kəndində […]