Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi

20 sentyabr 2023-cü il tarixində AR ETN Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. RMİ-nin Ümuminstitut seminarında İnstitutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d., prof. Vüqar Elman oğlu İsmayılov «İki cəbr cəmi ilə yaxınlaşma məsələsində ekstremal elementin xarakterizasiyası» mövzusunda məruzə edib. Məruzədə kompakt metrik fəzada təyin olunmuş kəsilməz funksiyaya iki cəbrlər cəmindən olan ən yaxın elementin […]

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu Q2 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib

RMİ-nin “Riyazi analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin müəllifi olduğu məqalə çap olunub. Məqalə “Mathematical Inequalities and Applications” (http://mia.ele-math.com/volume/26) (WoS, IF-1.014)   yüksək impakt faktorlu  Q2 kateqriyalı jurnalda dərc edilib. “Stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında maksimal funksiyanın kommutatorunun Lipşitz funksiyaları ilə xarakterizasiyası” adlı məqalədə stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında maksimal […]

ELAN

Azərbaycan elminin inkişafında misilsiz xidmətlər göstərən, bütün dünyada tətbiqi mexanika və neft-mədən mexanikasının nəzəri və praktik əsasları üzrə fundamental elmi istiqamətlərin banisi, dünya şöhrətli alim, mütəfəkkir, əməkdar elm xadimi akademik Azad Mirzəcanzadənin 29 sentyabr 2023-cü il tarixində anadan olmasının 95 illiyidir. Akademik Azad Mirzəcanzadənin yubileyinə həsr olunmuş “Elmi sessiya” 27 sentyabr 2023-cü il tarixində saat […]

Bu gün Milli Musiqi Günüdür

Sentyabrın 18-i – Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim […]

Böyük texnoloji şirkətlərin rəhbərləri süni zəkanın risklərini müzakirə ediblər

Elon Musk, Mark Zuckerberg, Bill Gates və İT sahənin digər böyük şəxsləri ABŞ Senatının 60 nəfər üzvü ilə birgə bağlı qapılar arxasında süni zəka sahəsinin perspektivlərini və risklərini müzakirə ediblər. Məlumata əsasən qanunvericilər süni zəka sahəsinin tənzimlənməsinə hədəflənmiş qanun layihəsi üzərində çalışırlar. Aparılmış müzakirə çərçivəsində Elon Musk senatorlara bildirib ki, süni zəka insan sivilizasiyası üçün böyük təhlükə mənbəyi ola bilər. Bill Gates […]

ELAN

Abşeron (06.10-20.10—140AZN), Abşeron (19.10-02.11 — 140AZN), Abşeron Lüks (03.10-17.10—200AZN) sanatoriyalarına dəqiq nə qədər yollayış istəyirsizsə zəhmət olmasa AR ETN Riyaziyyat və Mexanika İnstutunun Həmkarlar Komitəsinin sədrinə İradə Mirzəzadəyə bildirin. Sifariş edənlər həmin yollayışları götürülməsi mütləqdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.