Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Alimlər: İybilmənin itməsi yaddaş pozuntularına səbəb olur

Yeni araşdırmalar iybilmə qabiliyyətinin insanda yarana biləcək potensial xəstəlikləri proqnozlaşdıra biləcəyini sübut edir. ABŞ-ın Çikaqo Universitetinin alimləri bu barədə nevroloji tədqiqat aparıblar. Məlum olub ki, uşaq yaşlarından iybilmə qabiliyyətinin inkişaf səviyyəsi onun gələcəkdə nə kimi xəstəliklərə tutula biləcəyini göstərir. Çikaqo Universitetinin Nevrologiya şöbəsinin alimləri kəşf ediblər ki, qoxu ilə əlaqəli APOE genində zədə olan uşaqlar […]

Tədqiqatçılar beyin qocalmasını ləngidən metod kəşf ediblər

Kolorado Universitetinin Anschutz Tibb bölməsinin alimləri normal qocalmanı idrak qabiliyyətinin azalması, beyin zülalının ifrazını dayandırması ilə əlaqələndirirlər. Məlumata əsasən, Kolorado Universitetindən bir qrup alim beyində zülalın nitrosilasiyasını normallaşdırmaqla idraki sağlamlığı qorumaq üçün mümkün farmakoloji üsul tapıblar. Anschutz Tibb bölməsinin alimləri qocalmanın başlıca olaraq beyində olan CaMKII kimi tanınan zülalın səhv tənzimlənməsi ilə baş verdiyini müəyyən […]

1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

Çünki milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda […]

“Elm” qəzetinin növbəti sayı çapdan çıxıb

AMEA-nın Rəyasət Heyətinin 3 dildə fəaliyyət göstərən həftəlik mətbu orqanı olan “Elm” (“Наука”; “Science”) qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin “Şimal” Elektrik Stansiyasının yeni estakadasının və su nasos stansiyalarının açılışında iştirakına dair məlumat yer alıb. Bundan əlavə, “Ədəbi proses – 2022” elmi-yaradıcılıq müşavirəsi, “Nobel mükafatına aparan yolun dərsləri: mif, çətinliklər, uğurlar və çağırışlar” mövzusunda […]

Yapon alimlər yeni dişlərin yetişdirilməsi üsulunu test edəcəklər

Uzun illər ərzində alimlər böyük məməlilərin orqanizmlərində yeni dişlərin yetişdirilməsi ideyasını reallaşdırmağa çalışıblar. Nəticədə Yaponiyadan olan tədqiqatçılar buna müxtəlif laboratoriya heyvanlarında nail ola biliblər. İndi isə bu ideyanın insanlar üzərində testlərinə start verilir. Bir neçə il ərzində olmuş araşdırmaların uğurlu nəticələri dişlərin innovasiyalı müalicəsinin qəbul edilməsini mümkün edə bilərlər. Sözügedən ideyanın reallaşdırılması üçün nəzərdə tutulmuş texnologiyanın […]

Dahiləri bir də belə tanıyaq!

Üzeyir Hacıbəyov  Peşəkar musiqi sənəti və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq, ictimai xadim və  dahi bəstəkarımız  Üzeyir Hacıbəyov… Pula görə təhsilini yarımçıq qoyan, repressiyadan təsadüf nəticəsində xilas olan, dəfələrlə ölümün astanasından dönən bu  dahi şəxsiyyətin həyatı o qədər də rəvan keçməyib… Üzeyir Hacıbəyovdan başqa ailənin bütün uşaqları Şuşada anadan olub. Evin dördüncü […]