29/11/2023
Noyabrın 29-da AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, Elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Türkiyənin […]
29/11/2023
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun «Siqnalların emalının riyazi problemləri laboratoriyasının» şöbə müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Səbinə Sadıqova və «Maye və qaz mexanikasi» şöbəsinin laborantı İbrahim Məmmədov «Elmi jurnalların nüfuzunun artırılması və yeni elmi jurnalların yaradılması istiqamətində» keçirilən təlimdə iştirak ediblər. 29-30 sentyabr 2023-cü il tarixlərində Təhsildə Keyfiyyət Təminatı […]
29/11/2023
Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib. AMEA-nın noyabrın 29-da keçirilən Ümumi yığıncağında Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi haqqında məsələyə baxılıb. Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, dövlətimizin başçısının 2023-cü il 3 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin 5.6. bəndinə […]
29/11/2023
ABŞ-da yerləşən Dreksel Universitetinin mütəxəssisləri bioloji liflərə sahib xüsusi material hazırlayıblar. Hazırlanmış material bakteriyalar vasitəsilə betondakı mikroskopik çatları aradan qaldırmağa imkan verir. Bu öz növbəsində binaların, körpülərin və digər infrastruktur obyektlərinin təmirlərindəki texniki xidmətə qənaət etməyə imkan verəcək. BioFiber adlı material polimer liflərdən təşkil edilib. Həmin liflər isə endosporlardan (yatmış şəkildəyaşayan bakteriyalar) ibarət hidrogen örtüyünə […]
28/11/2023
Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni istiqamətlər üzrə vətəndaşların sorğularını cavablandıracaq. Belə ki, vətəndaşlar 146 – 2 nömrəsi vasitəsilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, 146 – 6 nömrəsi vasitəsilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, 146 – 8 nömrəsi vasitəsilə isə Dövlət Proqramı İdarəetmə Qrupu […]
28/11/2023
Prezident İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır. Nazirlər Kabinetinə iki ay müddətində Qarabağ Universitetinin nizamnaməsini təsdiq etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. Nazirlər Kabineti, həmçinin universitetin fəaliyyətinin […]