Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

09.04.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Riyazi analiz” şöbəsinin müdiri, f.r.e.d., prof. Vaqif Sabir oğlu Quliyev “Lokal və qlobal Morri tipli fəzalarda klassik inteqral operatorların məhdudluğu və müəyyən tətbiqləri” mövzusunda məruzə edəcəkdir. Məruzə lokal və qlobal Morri tipli fəzalarda həqiqi analizin inteqral operatorlarının, o cümlədən, maksimal kəsr-maksimal operatorların, potensial tipli inteqral operatorların və Kalderon-Ziqmund sinqulyar inteqral […]

Aprelin 3-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Ümumiləşmiş inteqrallar və sonlu ölçünün Koşi tipli inteqralının sərhəd qiymətləri” mövzusunda Ümuminstitut seminarı keçirilib.

Seminarda BDU-nun “Riyazi analiz” kafedrasının əməkdaşı, f-r.e.n, dos. Rəşid Əliyev məruzə edib. Məruzədə P.L.Ulyanovun tədqiqatlarına istinad olunub. Belə ki, P.L.Ulyanov A- inteqral anlayışından istifadə edərək göstərmişdir ki, Lyapunov əyrisi ilə hüdudlanmış oblaslarda mütləq kəsilməz ölçünün Koşi tipli inteqralı öz sərhəd qiymətlərirnin  A-Koşi inteqralı olur. Bu  şərtə müəyyən inteqral anlayışlar daxil edərək Lyapunov əyrisi ilə hüdudlanmış […]

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitututnda Elmi Şuranın növbəti iclası keçirildi.

İclasda bir sıra cari məsələlər müzakirə edildi. İnstitutun görkəmli alimlərinin yaradıcılığı haqqında virtual məkanda ətraflı məlumatların yerləşdirilməsi məsələsinin vacibliyi vurğulandı. İclasda Şura üzvləri AMEA-nın həqiqi üzvlüyünə AMEA- nın müxbir üzvü, prof. Rauf Hüseynovun, AMEA-nın müxbir üzvlüyünə isə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Misir Mərdanovun namizədliyini irəli sürdülər.

E L A N

02.04.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında BDU-nun “Riyazi analiz” kafedrasının əməkdaşı,  f-r.e.n.      dos. Rəşid Əvəzağa oğlu Əliyev “Ümumiləşmiş inteqrallar və sonlu ölçünün Koşi tipli inteqralının sərhəd qiymətləri”  mövzusunda məruzə edəcəkdir. Məruzə Lyapunov əyrisi ilə hüdudlanmış oblastlarda sonlu kompleks ölçünün Koşi tipli inteqralının öz sərhəd qiymətləri vasitəsilə ifadə olunması məsələlərinə həsr olunub. Məlumdur ki, mütləq kəsilməz ölçü […]

E L A N

19.03.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, f-r.e.d, prof. Bilal Telman oğlu Bilalov “Statistik yığılmanın ümumiləşmələri haqqında” mövzusunda məruzə edəcək-dir. Statistik yığılma ideyası ilk dəfə A.Ziqmundun məşhur monoqrafiyasında “almost convergence” adı altında daxil edilmişdir. Statistik yığılma anlayışı isə Fast və  Şteynqauz tərəfindən verilmişdir.  Sonralar bu anlayış müxtəlif istiqamətlərdə ümumiləşdirilmişdir. Statistik yığılma riyaziyyatın […]

Объявления

В связи с 55-летним юбилеем создания Института Математики и Механики, 15-16 мая 2014 года в Институте Математики и Механики НАНА состоится Международная конференция на тему «Актуальные проблемы математики и Механики». Желающим принять участие в конференции и выступить с докладом, просьба отправить свои тезисы до 15 апреля 2014 года по электронной почте[email protected] Параметры оформления тезисов: 1-3 […]