Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının 04 dekabr 2013-cü il tarixli 15 saylı iclasında aşağıdakı məsələlər müzakirə olunmuşdur.

I. Payız imtahan sessiyasında (25 noyabr-25 dekabr 2013 il) ixtisaslar üzrə doktorluq imtahanlarını qəbul etmək üçün komissiyaların yaradılması. AMEA Rəyasət Heyətinin 21 noyabr 2013-cü il tarixli 261 saylı Sərəncamına əsasən imtahan komissiyalarının tərkibi və imtahana buraxılanlar təsdiq edildi. İxtisas üzrə doktorluq imtahanlarının qəbulu 2013-cü il noyabr ayının 25-dən dekabr ayının 25-dək keçiriləcək. 2013-cü ilin mühüm […]

E L A N

04.12.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin müdiri f-r.e.d., prof. Əkbər Bayram oğlu Əliyev “Dissipasiyalı qeyri xətti hiperbolik tənliklər sisteminin qlobal həllinin varlığı, yoxluğu və asimptotikası” mövzusunda məruzə edəcəkdir. Məruzədə dissipasiyalı qeyri xətti hiperbolik tənliklər sisteminin qlobal həllinin varlığı, yoxluğu üçün Fucita tipli kriteriyalar və qlobal həllərin asimptotikası haqqında alınmış nəticələr şərh olunacaq. […]

AKADEMİK A.X. MİRZƏCANZADƏNİN 85-illiyinə HƏSR OLUNMUŞ «NEFTQAZ SAHƏSİNDƏ QEYRİNYUTON SİSTEMLƏR» BEYNƏLXALQ ELMİ KONFRANS

Neft elminin inkaşafı, yüksəkixtisaslı elmi və pedaqoji kadrların hazırlanmasında çoxşaxəli xidmətlərini nəzərə alaraq Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə 21-22 noyabr 2013-cü ildə akademik Azad Xəlil oğlu Mirzəcanzadənin 85 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans keçirilmişdir. AMEA-nın Prezidenti akademik Akif Əlizadənin rəhbərliyi ilə yaradılan təşkilat komitəsində həmsədrlər ARDNŞ-nın Birinci Vitse-Prezidenti, akademik Xoşbəxt Yusifzadə, […]

E L A N

25.11.2013 tarixində Elastiklik və plastiklik nəzəriyyəsi şöbəsinin seminarı baş tutmuşdur. Məruzəçi: aspirant Natiq I.Rzayev (əyani, 1ci il) Mövzu: “Dartılma-sıxılmaya müxtəlif müqavimət göstərən tir ve düzbucaqlı lövhələrin dayanıqlığı və eninə rəqsləri”

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirilmişdir.

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun direktoru, professor Misir Mərdanov Azərbaycanda müasir dövrün əsas aparıcı qüvvəsi olan gənclərin elmə cəlb edilməsi prosesinin uğurla həyata keçirildiyini, gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərildiyini qeyd etdi. M.Mərdanov gənclərin elmi potensialının artırılması, […]

2013-cü il noyabrın 12 və 13-ündə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirildi.

2013-cü il noyabrın 12 və 13-ündə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirildi. İclasda şöbələrin 2013-cü ildə həyata keçirdikləri elmi tədqiqatlar haqqında məlumatlar müzakirə olundu: Tətbiqi riyaziyyat şöbəsi – daha ətraflı Funksional analiz şöbəsi – daha ətraflı Riyazi analiz şöbəsi – daha ətraflı Funksiyalar nəzəriyyəsi şöbəsi – daha ətraflı Diferensial tənliklər şöbəsi – daha […]