Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

08 aprel 2024-cü il tarixində saat 15:00-da Səadət Əlibəndə qızı Nuriyevanın “Həyəcanlanmış triqonometrik sistemlərin funksiyaların bəzi qeyri-standart fəzalarında bazislik xassələri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə Fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçiriləcək. İclasa qoşulmaq üçün Link: https://us06web.zoom.us/j/2816242014?pwd=M1ZLrZiUFWTRYMdWqISD3BwoI2AFnr.1&omn=87225630250 Meeting ID: 281 624 2014 Passcode:  0000 Elmi katib f-r.e.n. Əbdürrəhim Quliyev © Bütün hüquqlar qorunur. Xəbərlərdən […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin aprel ayında ilk sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Konqo Prezidenti Deni Sassu-Nqesso Azərbaycana rəsmi səfərə gəlib” başlıqlı icmal təqdim edilib. Bügünkü sayda AMEA prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki, eləcə də AMEA rəhbərinin iştirak etdiyi “Yeni tarixi dövr və milli ideya” mövzusunda tədbirə […]

Elon Musk süni zəkanın insanlara qarşı çıxması ehtimalının nə qədər yüksək olduğunu səsləndirib

Baş tutmuş Great AI Debate adlı seminar çərçivəsində çıxış etmiş Elon Musk müasir süni zəka alqoritmlərinin inkişafları ilə bağlı fikirlərini səsləndirib. Bununla yanaşı Musk süni zəkanın insanları məhv etmək ehtimalı mövzusunda təqribi faiz göstəricisini səsləndirib. Onun sözlərinə əsasən bugünki gündə süni zəkanın insanlara qarşı çıxması ehtimalı 10-20% təşkil edir. Onun fikrincə bu cür risk məntiqlidir. […]

Elm və təhsil nazirinə yeni müşavir təyin olunub

Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Azər Abizadə nazir müşaviri təyin edilib. Azər Abizadə bakalavr təhsilini Türkiyənin Boğaziçi Universitetində biznesin idarə edilməsi ixtisası üzrə fərqlənmə ilə bitirib. Məzun olarkən “İlin ən uğurlu xarici məzunu” mükafatına layiq görülüb. 2012-ci ildə ABŞ-nin Roçester Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Azər Abizadə 2012-ci ildən […]

NASA Floridada evə düşən sirli “kosmik obyekti” araşdırır

NASA Florida ştatında evə düşən naməlum obyekti araşdırmağa başlayıb. Ehtimallardan biri onun Beynəlxalq Kosmik Stansiyadan atılan zibil parçası olmasıdır. Martın 8-də günorta saatlarında göydən düşən naməlum cisim Alejandro Oteronun Florida ştatının Neapol şəhərindəki evinin damını dəlib. Kosmik agentliyin açıqlamasına görə, NASA cismin mənşəyini müəyyənləşdirmək üçün onu Floridadakı Kennedi Kosmik Mərkəzində tədqiq edəcək. Dəqiq məlumat tədqiqat […]

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib. Əvvəlcə Prezident İlham Əliyevin 2024-cü il 2 fevral tarixli Sərəncamına əsasən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmiş AMEA üzvlərinə yubiley medalları təqdim olunub. Həmçinin 27 Mart – Elm Günü münasibətilə […]