01/04/2024
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə sənəd qəbulu bu gün başa çatır. Müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər. Layihə sənədlərinin qəbulu grants.edu.az saytı üzərindən həyata keçirilir. Qrant müsabiqəsi barədə ətraflı məlumatla nazirliyin saytındakı elan vasitəsilə tanış olmaq mümkündür. edu.gov.az
01/04/2024
Elşad Hətəm oğlu Eyvazov 01 aprel 1949-cu ildə Şamaxı rayonunun Bəklə kəndində anadan olub. 1966-cı ildə Şamaxı rayonunun Nərimankənd orta məktəbini müvəffəqiyyətlə bitirib. 1967-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) “Mexanika-riyaziyyat fakültəsinin “Riyaziyyat” şöbəsinə daxil olub. 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.1974-cü ildə Azərbaycan SSR EA-nın Riyaziyyat və Mexanika İnstitutunda baş […]
31/03/2024
Azərbaycam Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasınının 29 mart 2024-cü il tarixli iclasında saat 1400–da Radə Əlirza qızı Hüseynovanın “Dördüncü tərtib qeyri-xətti Şturm sistemlərinin qlobal bifurkasiyasının tədqiqi” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında […]
31/03/2024
Azərbaycan xalqı soyqırımı qurbanlarının xatirəsini dərin kədərlə anır 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycanın deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir. Qonşu xalqların torpaqlarını zəbt edərək “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək məqsədi güdən ermənilər tarix boyunca soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Bütün bunlar öz miqyasına və nəticələrinə […]
30/03/2024
Riyaziyyat və Mexanika İnstitutu nəzdində ED 1.04 Dissertasiya şurasının 1202.01-Analiz və funksional analiz ixtisasında elmi seminarının iclasında 09 aprel 2024-cü il tarixli saat 1400-da Könül Fail qızı Abdullayevanın “Sərhəd şərtlərinə spektral parametr daxil olan dördüncü tərtib adi diferensial operatorlar üçün spektral ayrılışların yığılması” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə Fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçiriləcək. […]
29/03/2024
Kembric Universitetinin alimlərinin texnoloji yeniliyi sayəsində indiyədək kəşf edilməyən planetlər tezliklə aşkarlana bilər. Kembric Universitetinin fizikləri Edinburqdakı Heriot-Vatt Universitetinin alimləri ilə birlikdə astronomlara ulduz işığının rəngində kiçik dəyişiklikləri müşahidə etmək imkanı verən astrokomb formasını inkişaf etdiriblər. Bu yenilik elmə məlum olmayan planetləri üzə çıxara və kainatın təbii olaraq necə genişləndiyini başa düşməyə yardım edə bilər. […]