Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Bu ölkədə yeni rəqəmsal şəxsiyyət vəsiqəsinə keçilir

Günü-gündən inkişaf edən texnologiya sayəsində insanların biometrik məlumatlarını toplamaq artıq asanlaşıb. Belə bir fürsətdən istifadə edən Vyetnam insanların bu məlumatlarını toplayaraq onlara nəzarət etməyə qərar verib.  Belə ki, artıq bu ölkədə iyul ayına kimi  şəxsiyyəti təsdiqləmək üçün təxminən 70 milyon vətəndaşın biometrik məlumatlarının toplanmasına başlanıb. Yeni qərara əsasən ölkənin İctimai Təhlükəsizlik Nazirliyinə insanların göz  skanı, […]

Xocalı soyqırımından 32 il ötür

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 32 il ötür. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri” başlıqlı icmal yer alıb. Bügünkü sayda “Məhəmməd Füzuli – sələflər və xələflər: orta əsrlər əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda respublika elmi-nəzəri konfransı və “Əlişir Nəvai və Zahirəddin Məhəmməd Babur” mövzusunda elmi konfransa dair […]

Elmi seminarın növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Maye və qaz mexanikası”, “Deformasiya olunan bərk cisim mexanikası”, “Tətbiqi riyaziyyat” şöbələrinin və ADNSU-nin “Neftin, qazın geotexnoloji problemləri və kimya» Elmi-Tədqiqat İnstitutunun alimlərin iştirakı ilə birgə iclasında 23 fevral 2024-ci il tarixində saat 12.00-da dosent Eldar Mehdi oğlu Abbasovun Neftqazçıxarma proseslərində heterogen mayelərinin tətbiqinin reokinetik əsaslarının işlənməsi” mövzusunda 2525.01 – […]

Riyaziyyat və Mexanika İnstitutunda Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan tədbir keçirilib. Öncə soyqırım qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor […]

ELAN

23 fevral 2024-cü il tarixində saat 12:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Deformasiya olunan bərk cisim mexanikası” və “Tətbiqi riyaziyyat” şöbələrinin birgə iclasında Eldar Mehdi oğlu Abbasovun “Neftqazçıxarma proseslərində heterogen mayelərinin tətbiqinin reokinetik əsaslarının işlənməsi” mövzusunda 2525.01 – “Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisasında texnika elmləri doktoru elmi […]