Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşıladılar. Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olundu. Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Azərbaycan Respublikası Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə […]

Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi, f-r.e.n., dosent  Gülşən Ağayevanın 70 yaşı tamam olur

Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi, f-r.e.n., dosent  Gülşən Ağayevanın 70 yaşı tamam olur. Gülşən Ramiz qızı Ağayeva 10 fevral 1954-cü ildə Bakı şəhərində anadan olub.   G. Ağayeva 1980-cı ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya Institutun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft-mədən fakültəsini bitirib. 1973-1987-ci illərdə […]

Fevralın 14-ü Beynəlxalq Kitab Bağışlama Günüdür

Fevralın 14-ü Beynəlxalq Kitab Bağışlama Günüdür. Bu, təqvimdə ən gənc bayramlardan biri sayılır. Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları ümumi məqsəd ətrafında birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. […]

İnformasiya texnologiyaları işçiləri kütləvi ixtisar edilir

Texnologiya nəhəngləri keçən aykı tendensiyanı davam etdirərək   on minlərlə İT (İnformasiya Texnologiyaları) işçisini ixtisar edir. Qeyd edək ki, “Amazon”, “Google” və “Microsoft”  kimi nəhəng şirkətlər gəlirlərini artırmaq üçün bu addımı atanlar arasındadır. Lakin bu dəfə vəziyyət  daha fərqlidir. Çünki şirkətlər süni intellektdən istifadə edərək səmərəliliyi artırırlar və mütəxəssislərə ehtiyac qalmır. Məlumata görə, 2023-cü ildə 2 […]

ELAN

Riyaziyyat və Mexanika İnstitutu ED 1.04 Dissertasiya şurasının 1211.01-Diferensial tənliklər ixtisasında elmi seminarının 20 fevral 2024-cü il tarixində  saat 1200-da iclasında Yuliya Qabil qızı Abbasovanın “Üçüncü tərtib matris əmsallı diferensial operatorun məxsusi və qoşulmuş funksiyalar sisteminin spektral xassələri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat elm sahəsi üzrə Fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi Institutun akt zalında keçiriləcək. İclasa qoşulmaq […]

ELAN

21 fevral 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçiriləcək. Ümuminstitut seminarda akademik Yusif Məmmədov “Akademik M.L.Rəsulovun çıxıqlar üsulu və onun tətbiq sahələri haqqında ” mövzusu ilə məruzə edəcək. Məruzədə çıxıqlar üsulu, onun digər üsullarla müqayisəli təhlili, tətbiq olunduğu və oluna biləcəyi məsələlər haqqında […]