Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib

Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib. AMEA-nın noyabrın 29-da keçirilən Ümumi yığıncağında Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi haqqında məsələyə baxılıb. Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, dövlətimizin başçısının 2023-cü il 3 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin 5.6. bəndinə […]

Yeni növ material betondakı çatları bakteriyalar vasitəsilə aradan qaldırır

ABŞ-da yerləşən  Dreksel  Universitetinin mütəxəssisləri bioloji liflərə sahib xüsusi material hazırlayıblar. Hazırlanmış material bakteriyalar vasitəsilə betondakı  mikroskopik çatları aradan qaldırmağa  imkan verir. Bu öz növbəsində  binaların, körpülərin və digər infrastruktur obyektlərinin təmirlərindəki texniki xidmətə qənaət etməyə imkan verəcək. BioFiber adlı material polimer liflərdən təşkil edilib. Həmin liflər isə endosporlardan (yatmış şəkildəyaşayan bakteriyalar) ibarət hidrogen örtüyünə […]

Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni istiqamətlər üzrə vətəndaşların sorğularını cavablandıracaq

Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni istiqamətlər üzrə vətəndaşların sorğularını cavablandıracaq. Belə ki, vətəndaşlar 146 – 2 nömrəsi vasitəsilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, 146 – 6 nömrəsi vasitəsilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, 146 – 8 nömrəsi vasitəsilə isə Dövlət Proqramı İdarəetmə Qrupu […]

Qarabağ Universiteti yaradılır – SƏRƏNCAM

Prezident İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır. Nazirlər Kabinetinə iki ay müddətində Qarabağ Universitetinin nizamnaməsini təsdiq etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. Nazirlər Kabineti, həmçinin universitetin fəaliyyətinin […]

ELAN

Salam hörmətli həmkarlar! Diqqətinizə çatdırmaq istəyirik ki, sabah AMEA-nın ümumi yığıncağının olması ilə əlaqədar institut seminarı baş tutmayacaq. Xahiş edirik şöbənizin əməkdaşlarına da bildirəsiniz. Hörmətlə, Səbinə Salmanova. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Bill Gates: “Süni zəka vasitəsilə 3 günlük iş həftəsi real ola bilər”

“What Now?” adlı podkasta müsahibə vermiş Bill Gates süni zək texnologiyasının sürətli inkişafı barəsində fikirlərini səsləndirib. Süni zəka texnologiyalarının iş yerlərini ixtisar edə bilib-bilməyəcəkləri sualına cavab olaraq Gates bildirib ki, bu, gələcəkdə insanların indiki kimi çox çalışmalarına ehtiyac olmamasının əsas səbəblərindən biri olacaq. Onun sözlərinə əsasən robotlar məhsulların istehsalı kimi müəyyən öhdəlikləri öz üzərlərinə götürə […]