Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Hava şəraitini 10 gün öncədən dəqiq proqnozlaşdıran süni zəka sistemi hazırlanıb

Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyası 10 gün müddətinə ən dəqiq hava proqnozlarını tərtib etməyi bacaran süni zəka sistemini hazırlayıb. Hazırlanmış bu süni zəka sistemi GraphCast adını əldə edib. O, hava proqnozları sahəsinin standartı hesab edilən HRES (High-Resolution Forecast) sistemindən daha dəqiq və sürətli çalışır. GraphCast-ın məlumatlar öz növbəsində Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) mütəxəssisləri tərəfindən analiz edilib.  Sistemin hal hazırda […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın İsmayıllıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialının açılışında iştirakı ilə bağlı xəbər yer alıb. Bundan əlavə, qəzetdə AMEA-nın Rəyasət Heyəti və A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış qələbənin 3 […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

17 noyabr 2023-cü il tarixində  AR ETN Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda Mehriban Nurməmməd qızı Kərimovanın “Cırlaşan elliptik-parabolik tənliklərin həllərinin araşdırılması” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya işinin elmi rəhbəri f.-r.e.d., professor Tahir Sədi oğlu […]

ELAN

22.11.2023-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçiriləcək. Ümuminstitut seminarında  “Riyazi analiz” şöbəsinin baş elmi işçisi r.e.d. dosent, Elman İbrahimov “Maksimal Qeqenbauer operatorunun kommutatoru terminində Gegenbauer-Lipschitr fəzalarının xarakteristikası” mövzusunda məruzə edəcək. Məruzədə Qeqenbauer-Lipşits fəzası anlayışı daxil edilir və isbat olunur ki, həmin fəza Banax […]

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü ölkənin müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Mənəvi əsaslarını və başlanğıcını 1960-cı illərindən götürən bu tarix sonralar Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil Azərbaycan […]

“Web of Science” elmmetrik bazasından istifadənin daha səmərəli təşkili məqsədilə təlimlər keçirilib

15–16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı  ilə “Clarivate Analytics” şirkətindən Valentin Bogorovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təlimlər keçirilib. Təlimin məqsədi “Web of Science” elmmetrik bazasına giriş və bazadan istifadə ilə bağlı bacarıq və səriştələrin artırılması olub.  İnformasiya Texnologiyaları İnstitutunda keçirilən  təlimlərdə  60-a yaxın ali  təhsil  müəssisəsi və elmi-tədqiqat institutunun […]