15/11/2023
Noyabrın 14-də Mingəçevir Dövlət Universitetinin “Heydər Əliyev İli” çərçivəsində reallaşdırdığı “Heydər Əliyev xatirələrdə” adlı layihə ilə bağlı görüş keçirilib. Görüşün qonağı Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov olub. Görüşdə professor Misir Mərdanov, Ulu Öndər Heydər Əliyevi tarixi şəxsiyyət kimi xarakterizə edən xüsusiyyətlərindən, […]
15/11/2023
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 17 noyabr 2023-cü il tarixli iclasında saat 1400-da Mehriban Nurməmməd qızı Kərimovanın “Cırlaşan elliptik-parabolik tənliklərin həllərinin araşdırılması” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat elm sahəsi […]
15/11/2023
15.11.2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarında AMEA-nın müxbir üzvü, f-r.e.d, professor, Kamil Rəcəb oğlu Aydazadə və r.e.d., dosent Quliyev Samir Zakir oğlu “Zonal idarəedici funksiyalar siniflərində əksəlaqəli idarəetmə məsələləri” mövzusunda məruzə ilə çıxış etdilər. Məruzə toplanmış və paylanmış parametrli obyektlərin optimal idarə […]
15/11/2023
Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev və “Riyazi analiz” kafedrasının dosenti Mehriban Ömərovanın həmmüəllifi olduqları məqalə çap olunub. Məqalə “Advances in Nonlinear Analysis” (https://www.degruyter.com/journal/key/anona/html) (WoS, IF-4.200) Q1 yüksək impakt faktorlu jurnalda dərc edilib. “Ümumiləşmiş Orlicz-Morrey fəzalarında həqiqi Kalderon-Ziqmund operatorları və onların kommutatorlarınin xarakteristikası” adlı məqalədə ümumiləşmiş Orlicz–Morrey […]
14/11/2023
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda İxtisas fənni üzrə doktorluq imtahanları keçiriləcəkdir. İmtahanda iştirak etmək istəyən doktorant və dissertantlar 2023 il dekabr ayının 14-dək aşağıdaki sənədləri təqdim etməlidirlər: Ərizə. Şəxsiyyət vəsiqəsinin sürəti. Elmi işlərin siyahısı. Dissertasiya işinə aid 15 sual Sənədlər RMI -nun Təhsil şöbəsinə təqdim olunmalıdır. 5-ci mərtəbə, otaq 506. […]
13/11/2023
Google şirkətinə məxsus olan və süni zəka sahəsində fəaliyyət göstərən Deep Mind laboratoriyasının həmtəsisçisi və aparıcı süni zəka mütəxəssislərindən biri olan Shane Legg artıq uzun illərdir ki, öz proqnozunu dəstəkləməkdə davam edir. Onun proqnozuna əsasən yaxın illər ərzində süni zəka texnologiyası AGI (Artificial General Intelligence Ümumi Süni Zəka) səviyyəsinə çata biləcək. Güman olunur ki, bu […]