Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm” qəzetinin növbəti sayı çap olunub

AMEA-nın Rəyasət Heyətinin 3 dildə fəaliyyət göstərən həftəlik mətbu orqanı olan “Elm” (“Наука”; “Science”) qəzetinin növbəti sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul etməsi barədə məlumat yer alıb. Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin iclası, akademik İsa Həbibbəylinin Naftalan-Goranboy rayonlarına səfəri, […]

Süni zəka qlobal miqyasda bir ölkə qədər elektrik enerjisi sərf edir

Süni zəka müasir insanın həyat fəaliyyətinin bir çox aspektlərini sadələşdirmək potensialına sahibdir. Lakin onun aktiv şəkildə müxtəlif sahələrə inteqrasiyası elektrik enerjisinin tələbatının yüksəlməsinə səbəb ola bilər. Yaxın gələcəkdə qlobal süni zəka infrastrukturu bir ölkənin sərf etdiyi elektrik enerjisi qədər enerjiyə ehtiyac duya bilər. Bu cür nəticəyə Amsterdam Müstəqil Universitetinin aspirantı Alex de Vries gəlib. Artıq 1 ilə yaxındır ki, süni zəka sahəsi aktiv […]

2023-cü ilin sonuncu Günəş tutulması baş verəcək

14 oktyabrda ilin sonuncu Günəş tutulması baş verəcək. Günəş tutulması tam, halqavari, hibrid və qismən tutulmalara ayrılır. Bu tutulma halqavari tutulma olacaq. Ay Yerdən bir qədər uzaqlaşdığında (apogeydə və yaxınlığında) Ayın diski Günəş diskini tam örtə bilmir və bu zaman halqavari tutulma müşahidə olunur. Günəşin Ayın ətrafında “atəş halqası” yaratdığı bu halqavari tutulma ABŞ, Meksika, […]

65 və daha yuxarı yaş qrupu gənclərdən çox olacaq – ÜST

2024-cü ilə qədər Avropa ölkələrində 65 və yuxarı yaşda olan insanların sayı 15 yaşa qədər olan gənc əhalidən çox olacaq. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının “ÜST-nin Avropa regionunda sağlam qocalma üçün fiziki aktivliyin və sağlam pəhrizin təşviqi” adlı hesabatında bildirilib. Qeyd edilib ki, bu tendensiya qocalmış əhalinin təsirini azaltmaq üçün sağlam yaşlanmaya diqqət yetirməyi tələb […]

Elmi seminarın növbəti iclası keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi fizika tənlikləri” və “Optimal idarəetmə” şöbələrinin birgə iclasında 12 oktyabr 2023-cü il tarixində saat 1200-da Günay Qəfil qızı İsmayılovanın “Bəzi tərs sərhəd məsələlərin həllinə optimallaşdırma üsullarının tətbiqi” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. İclası “Optimal idarəetmə” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü professor Misir […]

ELAN

Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 20 oktyabr 2023-ci il tarixli iclasında saat 1400-da Fidan Şahin qızı Mehdiyevanın “Riman sərhəd məsələlərinin qeyri-standart Hardi fəzalarında həllolunanlığı və bazis məsələlərinə tətbiqləri” mövzusunda 1202.01 –Analiz və funksional analiz ixtisasında […]