Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

13.09.2023- cü  il  saat  10:00-da  Ümuminstitut  seminarında “Funksional analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., professor Nəbiyev İbrahim Mayıl oğlu “Kanonik Dirak sistemi  üçün tərs məsələlər” mövzusunda məruzə edəcəkdir. Məruzədə Dirak operatoru üçün müxtəlif qoyuluşlu tərs spektral məsələlərin həlli haqqında məlumat vermək nəzərdə tutulur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

4-7 Sentyabr 2023-cü il tarixlərində Türkiyənin Konya şəhərində Konya Texniki Universitetində  23-cü Beynəlxalq Mexanika Konqresi keçirilmişdir

Konqresdə  Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin  müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Bilal Bilalov  “Banax-Sobolev fəzalarında elliptik tənliklər nəzəriyyəsinin müasir problemləri” mövzusunda plenar məruzə ilə çıxış etmiş və sertifikatla mükafatlandırılmışdır. Konqres bölmə iclasları və  dünyanın müxtəlif elm mərkəzlərinin, universitetlərinin mexanika riyaziyyatçı alimlərinin  məruzələrini dinlənilməklə  öz işini yekunlaşdırmışdır. © Bütün hüquqlar qorunur. […]

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin sentyabr ayında ilk sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində Prezident İlham Əliyevin Türk dövlətlərinin Bakıda keçirilən tədbirlərdə iştirak edən nazirləri ilə görüşünə dair icmal və “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nda AMEA-nın müvafiq vəzifəsi ilə bağlı xəbər yer alıb. Bundan əlavə, qəzetdə […]

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları Akademik Azad Mirzəcanzadənin 95 illiyi ilə əlaqədar Beynəlxalq konfransda iştirak ediblər

Avqust ayının 24-27-də Ufa şəhərində UDNTU-da, gənc alim, müəllim, aspirant və neft və qaz sənayesi üzrə mütəxəssislər üçün “Neft və qaz yataqlarının işlənməsi və texnoloji proseslərin modelləşdirilməsi” mövzusunda. mexanika, texnika, texnologiya,  neft və qaz yataqlarının işlənməsi və istismarı sahəsində elmi məktəbin banisi, Başqırdıstan Respublikası Elmlər Akademiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının  akademiki Azad Xəlil oğlu […]

Bu gün Lütfi Zadənin anım günüdür

Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin vəfatından altı il ötür. Görkəmli alim Lütfi Zadənin anım günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır. 1921-ci il fevralın 4-də Bakıda anadan olan Lütfi Rəhim oğlu Ələsgərzadə ibtidai təhsilini 16 nömrəli orta məktəbdə başa vurub. […]

Konyada 23-cü Beynəlxalq Mexanika Konqresi işə başlayıb

Türkiyənin Konya şəhərində 23-cü Beynəlxalq Mexanika Konqresi işə başlayıb. Dünyanın müxtəlif elm mərkəzlərinin, universitetlərinin mexanika riyaziyyatçı alimlərinin bir araya gəldiyi bu mötəbər elmi tədbirdə ölkəmizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektoru fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov, AMEA-nın müxbir üzvü, Türkiyənin Yıldız Texniki Universitetin professoru Surxay Əkbərov, Bakı Dövlət Univetsitetinin Nəzəri mexanika […]