Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Alimlər: Yeniyetmələrdə nikotin asılılığı beyində boz maddə çatışmazlığı ilə əlaqədardır

Böyük Britaniya və Çinin bir sıra universitetlərinin birgə tədqiqatı zamanı 800-dən çox yeniyetmənin beynindəki boz maddənin miqdarı təhlil edilib. Nəticələr beyinin spesifik bölgələrində azalmış boz maddə ilə yeniyetməlik illərində siqaret çəkmənin başlaması arasında korrelasiya olduğunu sübut edib. Alimlər bu yeni tapıntı ilə nikotin asılılığına erkən yaşda son qoya biləcəklərini güman edirlər. Çünki beyindəki boz maddə […]

Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab

Makkuori Universitetinin mühəndisləri nanosensorların hazırlanması prosesində yenilik ediblər. Mühəndislər köhnə texnologiyanı hər bir sensorun əvəzinə bir damcı etanol istifadə edərək yeniləmə üsulu kəşf ediblər. Az miqdarda etanol cihazın yüksək tempuratura qədər qızması zamanı enerji itkisinin qarşısını alır. Makkuori Universitetinin Mühəndislik Məktəbinin Nanotexnologiya laboratoriyasının rəhbəri, dosent Nouşin Nasiri deyir ki, yeni yaradılan nanosensorlar indiki halda ənənəvi […]

Hindistanın kosmik aparatı tarixdə ilk dəfə Ayın Cənub qütbünə uğurlu eniş edib

Hindistanın Chandrayaan-3 adlı kosmik missiyası kosmik sahənin tarixinə öz adını yaza bildi. Belə ki, missiya çərçivəsində kosmik aparat uğurlu şəkildə Ayın Cənub qütbünə eniş edə bilib. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə Ayın bu regionunda Rusiyanın Luna-25 adlı kosmik aparatı uğursuz eniş edərək yararsız hala gəlmişdi. Beləliklə Hindistan Aya uğurlu eniş etmiş dördüncü, bunu Ayın Cənub qütbündə etmiş birinci ölkə […]

Elmi-texniki yeniliklər

Süni intellekt vasitəsilə bu da mümkün oldu… ABŞ -ın Feinstein Bioelektronik Tibb İnstitutunun bir qrup tədqiqatçısı iflic olan insanlar üçün çox faydalı olacaq texnologiya-süni intellektlə işləyən çip hazırlayıb. Beyin implantı sayəsində 3 ildir iflic xəstəsi olan Keyt Tomas əlini yenidən hərəkət etdirə bilib. Məlumat üçün qeyd edək ki, Keyt Tomas adlı nyu-yorklu kişi 2020-ci ildə […]

Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb

Kompüterdə ən mürəkkəb hesablamaları aparmaq mümkündür. Lakin insanlar üçün xeyli asan sayılan dağ və dənizi fərqləndirmək ən güclü süni zəka üçün xeyli giriş və enerji tələb edir. Kaliforniya Universitetinin alimləri süni zəka modelinə insan beyninin tanıma mexanizmini köçürmək üçün tədqiqat aparıblar. Bu yolla alimlər iki şey əldə etməyi düşünürdülər: birinci, az enerji sərfiyyatına yol vermək; […]

İnsan geninə nəzarət metodu tapıldı

Sürixdəki Ali Texniki Məktəbinin alimləri genləri elektriklə idarə etməyi bacarıblar. Alimlər iki tibbi iynə və xüsusi proqram təminatından ibarət cihazdan istifadə ediblər. Bu iynələrdən keçirilən elektrik cətəyanı vasitəsilə alimlər genləri açıb-bağlaya biliblər. Tədqiqatçıların fikrincə, bu, bioloji və elektron sistemlər arasında əlaqəni təmin edə biləcək. Təcrübələr göstərib ki, şəkərli diabetli insanlarda qan şəkərinin səviyyəsini normal saxlamaq […]