Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Tibbdə inqilabi ixtira

Rusiyalı alimlər qan testi ilə beyin xərçəngini erkən mərhələdə müəyyən etməyi öyrəniblər. Glioma – beyin şişinin ən ağır növlərindən biridir. Onu erkən mərhələdə müəyyən etmək və hətta simptomlar başlayandan sonra diaqnoz qoymaq çətindir. Bu tip xərçəng adətən şiş çıxarıldıqdan sonra aparılan histoloji müayinə ilə təsdiqlənə bilər. Tomsk Dövlət Universitetinin alimləri isə qandakı biomarkerlərə əsaslanaraq bu […]

Elmi seminarın növbəti iclası keçirildi

23 iyun 2023-cü il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası keçirildi. İclasda Günel Mirbala qızı Qasımovanın “Elliptik tip operator-diferensial tənliklərin həll olunma məsələlərinin tədqiqi” mövzusunda 1202.01 –Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Dissertasiya işinin elmi rəhbəri fizika-riyaziyyat elmləri doktoru, professor […]

“Elm” qəzetinin növbəti sayı çap olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun Zəngilan və Cəbrayıl rayonlarına səfərlərinə dair məlumat yer alıb. Bundan əlavə, “Heydər Əliyev və Azərbaycan təbiəti”, “İqlim dəyişməsi və davamlı torpaq idarəetməsi” mövzusunda konfranslar, akademik İsa Həbibbəylinin Özbəkistanın Kokand Dövlət […]

Elmi seminarın növbəti iclası keçirildi

AR ETN Riyaziyyat və Mexanika İnstitutunda ED 1.04 dissertasiya şurasının nəzdindəki elmi seminarda  21 iyun 2023-cü il tarixində saat 1200 -da Gəncə Dövlət Universitetinin dissertantı Fidan Şahin qızı Mehdiyevanın “Qeyri-standart Hardi fəzalarında Riman sərhəd məsələsinin həllolunanlığı və bazis məsələlərinə tətbiqi” mövzusunda  1202.01 – Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi […]

AR ETN Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın II kurs magistrantları dissertasiya işlərini uğurla müdafiə etmişlər

20 və 21 iyun  2023-cü il tarixlərində AR ETN-nin  Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın II kurs magistrantların “Riyazi analiz“, “Diferensial tənliklər” və “Maye, qaz və plazma mexanikası” ixtisasları üzrə 9 magistrlik dissertasiyasının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın iclası keçirilmişdir. İclasda  İxtisaslaşdırılmış Şuranın sədri, üzvləri və  müdafiə edən  magistrantlar  iştirak etmişlər. İxtisaslaşdırılmış Şuranın sədrləri professor Həmidulla Aslanov, […]

Böyük şirkət rəhbərlərinin 42%-i süni zəkanın insan sivilizasiyasını məhv edəcəyini düşünür

Böyük texnoloji şirkətlərin rəhbərləri arasında aparılmış sorğu nəticəsində məlum olub ki, rəhbərlərin 42%-i yaxın onilliklərdə süni zəkanın insan sivilizasiyasını məhv edəcəyi ehtimalına inanır. Aparılmış sorğuda biznesin müxtəlif sahələrindən olan 119 nəfər rəhbər iştirak edib. Onların arasında Walmart-ın CEO-su Doug McMillon, Coca-Cola-nın CEO-su James Quincy, Xerox, Zoom şirkətlərinin və o cümlədən əczaçılıq, media və istehsalat şirkətlərinin rəhbərləri olub. Rəhbərlərin 34%-i qeyd edib ki, süni zəka […]