Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Fevralın 12-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda gündəlikdə duran məsələlər müzakirə edilib, qəraralar qəbul olunub.  Elmər doktoru üzrə 4 nəfər, fəlsəfə doktoru üzrə isə 8 nəfər dissertanturaya qəbul edilib. “Azərbaycan” qəzetində  yanvarın 25-də dərc edilən elana əsasən  Elmi Şura üzvləri Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsinə namizədlərini irəli sürüblər.

E L A N

12.02.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında Türkiyənin Atatürk Universiteti, Fənn fakültəsinin professoru Arif Səlimov “Anti-Keler-Kodatsi strukturları haqqında bəzi qeydlər ” mövzusunda məruzə edəcəkdir. Məruzədə Anti-Keler-Kodasti (m, J, g) çoxobrazlısı anlayışı haqqında danışılacaq. Bu çoxobrazlı üçün anti-Hermit (Norden) metrikası G=g o J g-nin Levi-Çivita əlaqəsinə nəzərən Kodatsi tənliyini ödəyir. Belə bir struktur inteqrallana bilən anti-Hermit strukturlarının […]

Ələsgər Gülgəzli texnika üzrə elmlər doktoru elmi dərəcəsinin verilməsi ilə bağlı dissertasiya işi müdafiə edib.

Fevralın 7-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Müdafiə şurasında Azərbaycan Dövlət Neft Akademiyasının “Tətbiqi mexanika” kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Ələsgər Gülgəzli “Təkrar yüklənmədə dönməz deformasiyaların nəzəri əsaslarının işlənməsi və praktikaya tətbiqləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Riyaziyyat və Mexanika İnstitutunda Attestasiya komissiyası yaradıldı

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarına əsasən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Attestasiya komissiyasının tərkibi müəyyənləşdirildi.  İnstitutun direktoru  Misir Mərdanov komissiya üzvləri ilə görüşüb, onları mövcud qanunlar və qaydalarla tanış etdi. Azərbaycan Milli Elmlər Akademiyasının  25 dekabr 2013-cü il Qərarına  əsasən Riyaziyyat və Mexanika İnstitutunda attestasiya komisiyyası yaradıldı: Sədr f.-r.e.d., prof. Əliyev Soltan Əli […]

E L A N

05.02.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin əməkdaşı, f-r.e.d, prof. Musa Xanlar oğlu İlyasov  “Sıxılmayan mühit üzərində yerləşən və deformasiya olunmayan dairəvi silindrlə möhkəmləndirilmiş üçlaylı və lifli kompozit halqanın yük götürmə qabiliyyətinin təyini ” mövzusunda məruzə edəcəkdir. Məruzudə torpaq, su, buz, bataqlıq və başqa mühit üzərinə sərilmiş və mərkəzi hissəsi deformasiya […]

Yanvarın 29-u AMEA-nın Riyaziyyat və Mexanika İnsititutunda Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika elmləri bölməsinin Büro iclası keçirilib.

Iclasda gündəlikdə duran məsələlər müzakirə olunub. “Azərsu” ASC-nin Elm və Texnika şöbəsinin yeni texnika və texnologiyaların tətbiqi üzrə aparıcı mütəxəssisi, fizika üzrə fəlsəfə doktoru Elçin Qurbanov “İçməli və tullantı suların dezinfeksiyasını təmin edən yeni texnoloji üsullar” layihəsini Büro üzvlərinə təqdim edib. Bu sahədə AMEA və “Azərsu” ASC-nin əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb. Büro iclasında Fizika İnstitutunun […]