Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

Yanvarın 24-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun müdafiə şurasında f-r.e.n, dos.Vüqar İsmayılov “Qeyd olunmuş istiqamətli ridge funksiyalarla yaxınlaşma” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

E L A N

29.01.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Funksiyalar nəzəriyyəsi” şöbəsinin əməkdaşı f-r.e.d. Alik Malik oğlu Nəcəfov “Sobolev – Morri tipli Wlpφβ(G) fəzasında daxilolma teoremləri” mövzusunda məruzə edəcəkdir. Məruzəçi tərəfindən Morri tipli Lpφβ(G) və Sobolev-Morri tipli Wlpφβ(G) fəzaları qurulmuşdur. Qurulan fəzalardan olan, çoxölçülü oblastlarda təyin olunmuş funksiyaların ümumiləşmiş qarışıq törəmələri üçün inteqral göstərilişi alınır. Bu inteqral göstərilişinin […]

6-7 may 2014-cü il tarixdə Riyaziyyat və Mexanika institutunun 55 illiyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın aktual problemləri” adlı beynəlxalq konfransın keçirilməsi məqsədilə iclas keçirildi.

İclasda mühüm məsələlər barəsində qərarlar qəbul edildi. Konfransa xarici və respublikanın görkəmli alimlərinin dəvət olunması və plenar çıxışlar etmələri məsələsi müzakirə olundu. Seksiyalar yaradıldı. Beynəlxalq konfransın yüksək səviyyədə keçirilməsi üçün təşkilat komitəsi və işçi qrupu yaradıldı, üzvlər seçildi. Təşkilat Komitəsi AMEA- nın Vitse-prezidenti, akademik Akif Hacıyev Akademik Cəlal Allahverdiyev AMEA-nın mübir üzvü, prof. Yusif Məmmədov […]

6-7 may 2014-cü il tarixdə Riyaziyyat və Mexanika institutunun 55 illiyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın aktual problemləri” adlı beynəlxalq konfransın keçirilməsi məqsədilə iclas keçirildi.

İclasda mühüm məsələlər barəsində qərarlar qəbul edildi. Konfransa xarici və respublikanın görkəmli alimlərinin dəvət olunması və plenar çıxışlar etmələri məsələsi müzakirə olundu. Seksiyalar yaradıldı. Beynəlxalq konfransın yüksək səviyyədə keçirilməsi üçün təşkilat komitəsi və işçi qrupu yaradıldı, üzvlər seçildi.

25 yanvar saat 11:00-da Şamaxı astrofizika rəsədxanasında “Təbiətlə bağlı fundamental problemlərə müxtəlif elmlər qovşağından müasir baxışlar” adlı respublika seminarı keçirilcəkdir.

Seminarının proqramı: Seminarın açılışı – 25 yanvar 2014, saat 11.00 1. Giriş sözü – akademik Akif Hacıyev 2. Optimal idarəetmənin riyazi üsulları – professor Misir Mərdanov (AMEA Riyaziyyat və Mexanika İnstitutu) 3. Yer tipli planetlərdə mühit sıxlığının qanunauyğunluqlarının ümumi elmi əsasları AMEA-nın m.ü. Hətəm Quliyev (AMEA Geologiya İnstitutu) 4. Azərbaycanın radioekoloji problemləri AMEA-nın m.ü. Adil […]

AMEA-nın Riyaziyyat və Mexanika institutunun əməkdaşları Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Aerokosmik agentliyinin əməkdaşları ilə görüş keçiriblər.

Görüşün önəmindən bəhs edən Riyaziyyat və Mexanika institutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov elmi əməkdaşlığın ölkənin müdafiə sənayesinin inkişafına tövhə olacağını bildirdi. Elm işçilərinin prioritet sahə üzrə birgə işləmələri həm elmin, həm də müdafiə sənayesinin inkişafına təkan verəcək. Belə ki, Milli Aerokosmik agentliyinin əməkdaşları tədqiqat işlərini institutun elmi jurnalına çap etdirə biləcəklər. Agentliyin […]