Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

COP29-la bağlı Azərbaycana dəstək bəyanatı

İtaliyada G7 ölkələrinin Vətəndaş Cəmiyyəti Sammitində iştirak edən bir sıra QHT-lər COP29 ölkəsi kimi Azərbaycana dəstək bəyanatı (COP29 Support Statement from G7 countries Civil Society organizations) yayıb. Bəyanatı 8 ölkədən 30 QHT imzalayıb. Onların içərisində Fransa QHT-sini və UNESCO-nu təmsil edən şəxslər də var. Bəyanatda deyilir: “Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları dünya birliyini […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan“Elm”əzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində iştirak ediblər” başlıqlı icmal təqdim edilib. Bügünkü sayda AMEA Rəyasət heyətinin iclasları, Akademiyada elektron xidmətlər sahəsində […]

17 may Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

Sürətlə inkişaf edən dünyada iqtisadi artım, sosial inkişaf və ümumi tərəqqi üçün rəqəmsal innovasiya əsas amillərdəndir. Rəqəmsal innovasiya sənayeni dəyişdirir, səmərəliliyi artırır, fərqli imkanlar yaradır, yeni texnologiyaların işlənib hazırlanmasını və tətbiqini əhatə edir. Onun vasitəsilə biznesmenlər əməliyyatları optimallaşdıra, hökumətlər dövlət xidmətlərini təkmilləşdirə, fərdlər isə müxtəlif informasiya və resurslara daha asan çata bilərlər. Hər il mayın […]

Azərbaycanlı alimin məqaləsi Oksford Universitetinin riyaziyyat jurnalının qabaqcıl elmi işlərindən biridir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n. Namiq Quliyevin Oksford Universitetinin “The Quarterly Journal of Mathematics” jurnalında dərc olunmuş məqaləsi həmin jurnalın ən təsirli tədqiqat işlərinin siyahısında yer almışdır. Qeyd edək ki, bu siyahı son iki il ərzində jurnalda çap olunmuş məqalələr arasında ən çox […]

Süni zəka öz məqsədi uğrunda insanları aldatmaq bacarığına yiyələnib

Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri belə bir nəticəyə gəliblər ki, faydalı işlərin yerinə yetirilməsi məqsədilə yaradılmış bəzi süni zəka sistemləri insanları aldatmaq bacarığına yiyələniblər. Mütəxəssislər təyin ediblər ki, süni zəka özünə lazım olan məqsədlərə çatmaq üçün müxtəlif üsullardan istifadə edə bilər. Aparılmış tədqiqatın nəticələrinə əsasən Meta şirkəti tərəfindən yaradılmış Ciceron adlı süni zəka sistemi ilk əvvəl […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi

15 may 2024-cü il tarixində  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarda institutun “Maye və qaz mexanikası” şöbəsinin baş elmi işçisi, t.e.n. Eldar Mehdi oğlu Abbasov “Neftqazçıxarma proseslərində heterogen mayelərinin tətbiqinin reokinetik əsaslarının işlənməsi mövzusunda məruzə ilə çıxış edib. Məruzədə, heterogen sistemlərin axınlarında və laydaxili qaz əmələgəlmələrdə […]