23/02/2016
Struktur bölmənin rəhbəri: | Eldar Mehdi oğlu Abbasov Texnika elmləri namizədi, dosent |
Tel.: | (+99412) 539 0221, (+99450) 640 2149 |
E-mail: | [email protected]; [email protected] |
İşçilərin ümumi sayi: | 3 |
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: | Beynəlxalq əlaqələr Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun əsas fəaliyyət istiqamətlərindəndir. RMİ-nun “Beynəlxalq əlaqələr” şöbəsi AMEA-nın xarici elmi mərkəzlər, təşkilat və şirkətlərlə elmi əlaqələrinin genişləndirilməsi və inkişafını təmin edir. Şöbənin əsas funksiyalarına: beynəlxalq şirkətlərin nümayəndəlikləri ilə əlaqə, beynəlxalq işgüzar yazışmanın təşkili, İnstitutun elmi məhsulunun təqdim olunması, beynəlxalq konfrans və simpoziumlarda İnstitutun əməkdaşlarının iştirakı ilə bağlı təşkilati məsələlərin həlli, beynəlxalq müşavirələrin və sərgilərin təşkili daxildir. |
Şöbənin əsas iş prinsipləri: |
Riyaziyyat və Mexanika İnstitutunun beynəlxalq əlaqələrində əsas yeri ABŞ, Almaniya, Belarus, Çin Xalq Respublikası, Fransa, Gürcüstan, Hollandiya, İngiltərə, İran, İtaliya, Qazaxıstan, Misir Ərəb Respublikası, Özbəkistan, Polşa, Rusiya Federasiyası, Türkiyə, Ukrayna, Yaponiya və Asiyanın digər ölkələri tutur. |