Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Diferensial tənliklər” şöbəsinin 2018-ci il üçün yarımillik fəaliyyəti


AMEA Riyaziyyat və Mexanika İnstitutunun  “Diferensial tənliklər” şöbəsində 14 əməkdaş çalışır. Onlardan 8 elmlər doktoru, 3 fəlsəfə doktoru olmaqla, 12 elmi işçidir. 2018-ci il plan üzrə şöbədə bir mövzu üzrə 10 elmi tədqiqat işi aparılır.

MÖVZU: “Xüsusi törəməli diferensial operatorlar nəzəriyyəsinin bəzi məsələləri”
İş № 1. Bir sinif Timoşenko sistemi üçün Koşi məsələsinin və qarışıq məsələnin qlobal həllərinin varlığı və yoxluğu. İcraçı: f.-r.e.d., prof. Ə.B.Əliyev.

İş № 2. Sərhəd şərti spektral parametrdən rasional asılı olan sərhəd məsələsinin bəzi spektral xassələrinin tədqiqi. İcraçılar: f.-r.e.d., prof. M.Bayramoğlu, r.e.d., dos. N.M.Aslanova.

İş № 3. Diferensial tənliklərin Viman-Valiron tipli qiymətləndirilmələri üçün bir ehtimal metodu (davamı). İcraçı: f.-r.e.d., prof. N.Süleymanov.

İş № 4. Cırlaşan elliptik tənliklərin həllərinin hamarlığı. İcraçı: prof. T.Hacıyev.

İş № 5. Xətti və qeyri-xətti Dirak operatorunun və ikinci və dördüncü tərtib Şturm-Liuvill operatorlarının struktur xassələri. İcraçılar:r.e.d., prof. Z.S.Əliyev, H.Rzayeva.

Daha ətraflı>>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər